...

“Fənərbağça” serbiyalı futbolçu ilə müqavilə imzalayıb

İdman Materials 1 Fevral 2025 01:28 (UTC +04:00)
“Fənərbağça” serbiyalı futbolçu ilə müqavilə imzalayıb

Bakı. Trend:

Türkiyənin "Fənərbağça" komandası serbiyalı futbolçu Oqnyen Mimoviçin transferini açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.

Serbiya təmsilçisi "Srvena Zvezda"dan transfer edilən 20 yaşlı müdafiəçi ilə 4 il 6 ay müddətinə müqavilə imzalanıb.

Qeyd edək ki, gənc oyunçu Serbiya klubunun heyətində bu mövsüm 18 matçda meydana çıxıb və 3 dəfə fərqlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti