...

"Fənərbağça" Türkiyə Kubokunda qələbə qazanıb

İdman Materials 6 Fevral 2025 00:27 (UTC +04:00)
"Fənərbağça" Türkiyə Kubokunda qələbə qazanıb

Bakı. Trend:

"Fənərbağça" Türkiyə Kubokunda növbəti oyununu keçirib.

Trend-in məlumatına görə, İstanbul təmsilçisi qrup mərhələsinin II turunda "Ərzurumspor"u qəbul edib. Qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

"Fənərbağça"ın heyətində qolları Anderson Taliska, Cenk Tosun (penalti), Mərt Hakan Yandaş və Yussuf En-Nesiri (2) vurublar.

Bununla da İstanbul nəhəngi qrup mərhələsində ardıcıl 2-ci qələbəsini qazanaraq, xallarlnın sayını 6-ya çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti