Bakı. Trend:
Futbol üzrə Türkiyə Superliqasında XXX turun daha 3 oyunu keçirilib.
Trend-in məlumatına görə, turun mərkəzi görüşündə "Fənərbağça" "Trabzonspor"u qəbul edib. Qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb - 4:1.
Matçda hesabı ilk hissənin əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə qonaqların futbolçusu Denis Draquş açıb. İstanbul təmsilçisinin qolları isə ikinci hissədə vurulub. 51, 64 və 77-ci dəqiqələrdə Anderson Talişka, 60-cı dəqiqədə isə Milan Şkrinyar fərqlənib.
Günün digər oyunlarında "Bodrumspor" səfərdə "Alanyaspor"u, "Eyupspor" isə "Hatayspor"u 1:0 hesabı ilə məğlub edib. Tura aprelin 9-da 7-də keçiriləcək 2 oyunla yekun vurulacaq.