...

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025: Tribunalardakı yerlərin sayı 20 000-i keçəcək (FOTO)

İdman Materials 21 May 2025 11:06 (UTC +04:00)
Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025: Tribunalardakı yerlərin sayı 20 000-i keçəcək (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-ə hazırlıq işləri davam etdirilir.

Bu barədə Trend-ə Bakı Şəhər Halqasından məlumat verilib.

Bildirilib ki, bu il Bakı Şəhər Halqasında iki əlavə tribunanın quraşdırılması nəzərdə tutulub.

Artıq Bakı Şəhər Halqası ətrafında tribunaların quraşdırılmasına başlanılıb. Həm yerli, həm də xarici azarkeşlər tərəfindən Azərbaycan Qran Prisinə artan marağı nəzərə alaraq, infrastrukturun genişlənməsi nəticəsində tribunaların tutumu 1 500 yer artırılaraq 20 000-i keçəcək.

Qeyd edək ki, Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ü dörd gün ərzində tribunalardan canlı olaraq 76 000-dən çox azarkeş izləyib.

Hazırlıq işləri ilə əlaqədar olaraq Dənizkənarı Bulvarın bəzi hissələrində müvəqqəti məhdudiyyətlərin tətbiq olunması nəzərdə tutulur. Paytaxt sakinlərindən və qonaqlardan bu müddət ərzində anlayış göstərmələri xahiş olunur.

Xatırladaq ki, Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 19–21 sentyabr tarixlərində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti