...

Dəmir yolu ilə regionlara sərnişin daşımaları bəpa edilsin - Deputat

İqtisadiyyat Materials 15 Fevral 2022 11:43 (UTC +04:00)
Dəmir yolu ilə regionlara sərnişin daşımaları bəpa edilsin - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda regionlardakı avtovağzallar ilə koordinasiya yoxdur. Bu məsələdə təkimlləşdirmə işləri həyata keçirilməlidir.

Trend-in məlumatına görə, bunu deputat Naqif Həmzəyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O qeyd edib ki, Bakıdan regionlara onlayn bilet almaq mümkün olsa da geriyə onlayn bilet almaq çox çətin olur və ya mümkün olmur.

N.Həmzəyev həmçinin regionlarda sürücülərin tibbi müayinədən keçməsi məsələsində çətinlik olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, sürücülərə tibbi xidmət göstərilməsi vacib əhəmiyyət kəsb edir, çünki onlar xeyli sayda vətəndaşın təhlükəsiz daşınmasına cavabdehdirlər.

Bu baxımdan regionlarda bütün avtovağzallarda tibbi müayinələr keçirilməsi təmin edilməlidir. N.Həmzəyev həmçinin dəmir yolu ilə regionlara sərnişin daşımalarının bəpa edilməsinin vacibiyini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti