...

Laçın şəhərinin təbii qaz təchizatına başlanıldı - RƏSMİ

İqtisadiyyat Materials 8 Noyabr 2023 15:51 (UTC +04:00)
Laçın şəhərinin təbii qaz təchizatına başlanıldı - RƏSMİ
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Laçın şəhəri təbii qazla təchiz edilir və ilkin mərhələdə 600 evdən 150-si qaz sayğacı quraşdırılaraq təbii qazla təmin edilib.

Trend bu barədə “Azəriqaz”a istinadən xəbər verir.

Bu münasibətlə şəhərdə keçirilən tədbirdə Azərbaycan Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov və "Azəriqaz" İB-nin baş direktorunun satış üzrə müavini Rəşad Cavadov, həmçinin şəhər sakinləri iştirak edib.

Mərasimdə çıxış edənlər tarixi gün münasibətilə laçınlıları təbrik edib, işğaldan azad olan ərazilərin qazlaşdırılması işlərinin uğurla davam etdirildiyi vurğulanıb.

Daha sonra təbii qazın verilişini bildirən rəmzi məşəl alovlandırılıb.

Tədbirdə çıxış edən laçınlılar tarixi torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən Vətən müharibəsində qazanılan parlaq Zəfərə, Laçında aparılan geniş bərpa və yenidənqurma işlərinə, şəhərə təbii qazın verilişinə görə Prezident İlham Əliyevə sonsuz təşəkkürlərini ifadə ediblər.

"Qazlaşdırılan Laçın şəhəri ilə yanaşı, rayonun Zabux kəndində də işlər sürətlə davam etdirilir. Burada ilkin olaraq 200 ev mərhələli şəkildə qazla təmin ediləcək. Laçın şəhərində olduğu kimi Zabux kəndində də sakinlərlə görüş keçirilib və təbii qazın verilişi ilə əlaqədar olaraq məşəl alovlandırılıb", - “Azəriqaz” bildirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti