...

Süni intellekti sürətli şəkildə tətbiq etməliyik - “VOX Solutions”un aparat rəhbəri

İqtisadiyyat Materials 15 May 2024 12:27 (UTC +04:00)
Süni intellekti sürətli şəkildə tətbiq etməliyik - “VOX Solutions”un aparat rəhbəri
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Süni intellekti sürətli şəkildə tətbiq etməliyik.

Trend xəbər verir ki, bu barədə “VOX Solutions”un aparat rəhbəri Teodor Magureanu “GSMA M360 Eurasia 2024” konfransı çərçivəsində keçirilən “Süni intellekt dövrünə daxil olmaq” adlı paneldə çıxışı zamanı deyib.

O qeyd edib ki, süni intellekt əsaslı həllərdən istifadə edərək, gəlirləri artırıb, xərcləri azaltmaq mümkündür.

“Biz bunu təcrübə etdik. Müştəri gəlirlərimizi bir il ərzində 50 faizdən çox artırdıq. Bununla yanaşı, müştəri məmnuniyyəti də artdı. Süni intellektin istifadəsi mümkündür və bununla bir çox həll yolu tapmaq mümkündür. Uğur səbəblərimizdən biri süni intellekti anlamaq və ondan doğru istifadə etmək bacarığımızıdır.

Ümid edirik ki, süni intellektdən istifadəni artan xətlə davam etdirərik”,- deyə o bildirib.

Qeyd edək ki, Bakıda ikinci dəfə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə keçirilir.

Tədbir çərçivəsində rəqəmsal dövrün ən aktual tendensiyaları ətrafında fikir mübadiləsi aparılacaq.Konfransa beynəlxalq və regional ekspertlər, şirkət rəhbərləri və region üzrə tənzimləyici qurumların nümayəndələri qatılacaq. Onlar həm regionun, həm də digər ölkələrin rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün bütün bazar iştirakçılarının birgə fəaliyyətinin əhəmiyyəti haqqında danışacaqlar.

Xəbər lenti

Xəbər lenti