...

Ukrayna Orta Dəhlizin mühüm hissəsi olacaq - Səfir

İqtisadiyyat Materials 18 Sentyabr 2024 10:53 (UTC +04:00)
Ukrayna Orta Dəhlizin mühüm hissəsi olacaq - Səfir
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Ukrayna Gürcüstanla bərə əlaqələrinin bərpasından sonra Orta Dəhlizin mühüm hissəsi olacaq.

Trend xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev "Qara dəniz-Xəzər logistika 2024 Forumunun" açılış mərasimində bildirib.

"Nəqliyyat və logistika ölkələr üçün, xüsusilə mənim ölkəm Ukrayna üçün böyük əhəmiyyət kəsb edən bir mövzudur. Biz Ukrayna ilə Gürcüstan arasındakı bərə əlaqələrinin tezliklə bərpa olunmasını gözləyirik. Bu, ölkəmizin qlobal Orta Dəhlizin və tranzit yolunun mühüm hissəsi olmasına imkan verəcək. Ümid edirik ki, bu görüş, Bakıda keçirilən bu əhəmiyyətli tədbir Çin ilə AB bazarı, eləcə də, Qafqaz ilə Ukrayna, Türkiyə ilə Ukrayna arasında logistika əlaqələrini inkişaf etdirməyə kömək edəcək", – o qeyd edib.

Qeyd edək ki, Orta Dəhliz Çin ilə Avropa İttifaqı ölkələri arasında konteyner dəmiryolu yük daşımalarını Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə birləşdirir.

Çoxşaxəli multimodal nəqliyyat infrastrukturu Xəzər və Qara dənizlərdəki bərə terminalarını Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə birləşdirir.

Orta Dəhliz Çindən Türkiyəyə və Avropa ölkələrinə yük axınını artırmağa kömək edir, eyni zamanda, əks istiqamətdə də yük daşımalarını asanlaşdırır.

Bu dəhlizdə fəaliyyət göstərən marşrut qatarları yükləri Çindən Avropaya orta hesabla 20-25 gündə çatdırır ki, bu da bu nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti