...

PALMALI Şirkətlər Qrupu Dunay üzrə ən iri gəmiçilik şirkətini alır

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Fevral 2008 12:51 (UTC +04:00)
PALMALI  Şirkətlər Qrupu Dunay üzrə ən iri gəmiçilik şirkətini alır

Azərbaycan, Bakı, 05 fevral / Trend / PALMALI Şirkətlər Qrupu "Jugoslovensko Recno Brodarstvo" (JRB, Belqrad) gəmiçilik şirkətinin 70% -lik kapitalının satışı üzrə keçirilən tenderin qalibi olub. Bu barədə PALMALI-nin məlumatında bildirilir.

Tenderdə Almaniya, Macarıstan, Bolqarıstan, Rusiya, Serbiya, Rumıniya, İsveçrə, Kipr və s. ölkələrdən olan 12 iri gəmiçilik şirkəti iştirak edib.

Bu gün JRB, Belqrad gəmiçiliyinin alınmasına dair müqavilənin imzalanması üzrə danışıqlar başlanacaq. Əsası 1947-ci ildə Belqrad şəhərində qoyulan "Jugoslovensko Recno Brodarstvo" gəmiçiliyi 210 ədəd gəmiyə malikdir və Dünay çayı üzrə daşımaların 90%-nə nəzarət edir.

PALMALİ Şirkətlər Qrupu Aralıq, Baltik, Xəzər və Qara dəniz hövzələrində yük daşınmalarını həyata keçirir. Bununla yanaşı, şirkət Rusiyanın daxili sularında yük daşınmaları üzrə liderdir. PALMALİ Şirkətlər Qrupuna daxil olan Palmali - Rusiya Şirkəti 2007-ci il üçün Rusiyanın ən yaxşı gəmiçilik şirkəti seçilib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə nəql olunan neftin Cehyan limanından daşınmasını PALMALİ şirkəti həyata keçirir. Bundan əlavə, PALMALİ Ceyhan limanından dünyanın bütün nöqtələrinə daşınacaq xam neftin və neft məhsullarının razılaşdırılan həcminin bölünməsi və istismarına məsuliyyət daşıyır.

PALMALİ Şirkətlər Qrupu həmçinin 2008-ci ildə Türkiyədə gəmiqayırma zavodu tikməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti