...

"Bank Respublika" 30 mininci plastik kartının buraxılışını qeyd edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2008 16:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 fevral / " TrendCap " / "Bank Respublika" 30 mininci plastik kartının buraxılışını qeyd edib. Bu münasibətlə Bankın Lənkəran filialında 30 mininci kartın sahibinə şəhadətnamə və hədiyyə təqdim olunub,- çərşənbə günü Bankın yaydığı məlumatda deyilir.

"Bank Respublika" müştərilərə "MasterCard" və "VISA" plastik kartlarını pulsuz və illik xidmət haqqı olmadan təklif edir. "Bank Respublika" kartlar üzrə iş yerindən arayış əsasında, girovsuz və zaminsiz, 200-dən 5000-dək AZN / USD / EUR məbləğində 45 günədək faizsiz kredit xətti almaq imkanı da verir, kartlar üzrə "Home-Banking", "Card-to-Card" və s. əlavə xidmətlər də göstərir.

"Bank Respublika" plastik kartlarının sahiblərinə Azərbaycanın müxtəlif satış-xidmət müəssisələrində mal və xidmətlərə endirimlər nəzərdə tutan yeni diskont proqramını tətbiq edib. "Bank Respublika"nın diskont proqramı üzrə mal və xidmətlərə görə, endirim əldə etmək üçün kartla nağdsız ödəniş aparmaq məcburi deyil, kartı tərəfdaş satış-xidmət müəssisəsində göstərmək kifayətdir.

Bankın diskont proqramına hazırda aşağıdakı şirkətlər qoşulublar: "Ambiance" - 10%, "Apple" - 3%, "Baccarat-Bernardaud" - 10%, "Bang & Olufsen" - 10%, "Caspian Travel Agency" - 3-10%, "Creative System" - 10%, "ECCO" mağazalar şəbəkəsi - 8%, "Gallery" mağazalar şəbəkəsi - 10%, "Grafika" mağazalar şəbəkəsi - 8%, "Idea" - 10%, "Joy Park" - 10%, "LomeKids" - 10%, "Lladro Haviland" - 10%, "Museum" - 10%, "Spider-man" - 10%, "SportCity" mağazalar şəbəkəsi - 8%, "Swarovski" mağazalar şəbəkəsi - 10%, "Yves Delorme" - 10%, "The House of Villeroy& Boch" - 10% endirim.

Diskont proqramı haqqında daha ətraflı məlumatı Bankın İnternet saytının http://www.bankrespublika.az/?mod=inside səhifəsində əldə etmək olar.

"Bank Respublika" plastik kart müştəriləri arasında uduş kampaniyaları da keçirir. Kampaniyaların əsas mükafatı 2 nəfərə 7 günlük xaricə səyahət, eləcə də müxtəlif əlavə hədiyyələrdir.

Xəbər lenti

Xəbər lenti