...

Azərbaycanda sərnişin daşınmasında problemlər qalmaqdadır - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2008 17:53 (UTC +04:00)
Azərbaycanda sərnişin daşınmasında problemlər qalmaqdadır - nazir

Azərbaycan, Bakı, 08 fevral / " müxbir Ü.İsmayılova / Azərbaycanda sərnişin daşınmasında problemlər qalmaqdadır,- cümə günü nəqliyyat naziri Ziya Məmmədov 2007-ci ilin yekunları və 2008-ci ilin planları üzrə kollegiyada deyib.

"Şəhər nəqliyyatının fəaliyyətində irəliləyişlər müşahidə olunsa da, problemlər hələ də var", - nazir deyib.

Şəhər nəqliyyatının problemlərinin qısa müddətdə həll olunması üçün, nazir müəssisə əməkdaşlarına tapşırıqlar verib.

Kollegiya iclasında Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin, "Azəryolservis" ASC-nin (yol tikintisi) və "Avtonəqliyyatservis" Departamentinin (avtomobil nəqliyyatı) hesabatları dinlənilib.

Xəbər lenti

Xəbər lenti