...

G7 ölkələri Tokioda dünya iqtisadiyyatı artımını necə stimullaşdırmağı həll etməyəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2008 19:28 (UTC +04:00)
G7 ölkələri Tokioda dünya iqtisadiyyatı artımını necə stimullaşdırmağı həll etməyəcəklər

Azərbaycan, Bakı, 08 fevral/ Trend , müxbir A.Bədəlova/ Böyük Yeddilər ölkələri şənbə günü Tokioda dünya iqtisadiyyatını stimullaşdırmaq məsələlərini müzakirə edəcəklər. Müzakirələrin əsas mövzusu dünya Fond bazarlarındakı böhran, ABŞ iqtisadiyyatının mümkün resessiyası, ipoteka böhranının nəticələri, neftin yüksək qiymətləri və dolların zəifləməsi məsələsi olacaq.

Trend tərəfindən cümə günü sorğu edilən rusiyalı ekspertlərin rəyinə görə, tərəflər dünya iqtisadiyyatı artımının stimullaşdırılması metodları məsələsində vahid qərara gələ bilməyəcəklər.

"Problemin həllini gözləməyə dəyməz", - "Kommersant" qəzetinin baş redaktor müavini Azər Mürsəliyev bildirib. Onun rəyinə görə, tərəflər belə hallarda hələ də sövdələşməyə hazırdırlar. "Heç kim qurban vermək istəmir və hər kəs daha sərfələi şərtlər tapmağa çalışır", -o bildirib.

Mürsəliyev görüş zamanı dünya iqtisadiyyatının stimullaşdırılması üzrə hər hansı bir tədbirin vəd ediləcəyini istisna etməyib. Lakin onun rəyinə görə, mövcud maliyyə sistemini və vəziyyəti köklü surətdə və radikal şəkildə dəyişəcək qərar qəbul edilməyəcək.

ATON Broker İnvestisiya Şirkətinin analitik departamentinin iqtisadçısı Vladimir Osakovskinin rəyinə görə, bu görüşdən müəyyən bir şey gözləmək olmaz.

"Əvvəla, bu böhranın miyqası aydın deyil. İkinsici isə, ABŞ özü bu problemin həlli üçün fəal addımlar atır", -o bildirib.

"Bu görüş problemin həlli yolunda yaxşı addımdır. Lakin mən onun dünya səviyyəsində koordinasiya ediləcəyinə şübhə edirəm", - Osakovski bildirib.

"Vzqlyad" İnternet-nəşrin yazdığına görə, görüş iştirakçılarının özləri də vahid rəyə gələ biləcəklərinə şübhə edirlər. ABŞ və Kanada iqtisadiyyatın vergi və dövlət xərclərinin azaldılması yolu ilə stimullaşdırılması taktikasına tərədardırlar. Digər dövlətlər isə, başqa mövqelərə tərəfdardırlar. Məsələn, Almaniya öz iqtisadiyyatının stimullaşdırılmasına ehtiyac görmür.

"Böyük Yeddilik" sənayecə inkişaf etmiş yeddi ölkədən (ABŞ, Yaponiya, Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və Kanada) ibarətdir. Qrup 70-ci illərin neft böhranı dövründə qeyri-formal klub kimi yaradılıb. Yaradılmasının məqsədi inteqrasiya proseslərinin sürətləndirilməsi, anti-böhran siyasətinin hazırlanması və aparılması, maliyyə əlaqələrinin koordinasiyası, iqtisadiyyat və siyasət sahəsində prioritetlərin müəyyən edilməsi, yeddilik ölkələri arasında yaranan fikir ayrılıqlarının aradan qaldırılması üçün yolların axtarılması və s.olub.

Xəbər lenti

Xəbər lenti