...

Azərbaycanın UniBank-ı yerli kapitalın cəlb edilməsi üzrə fəaliyyətini genişləndirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2008 20:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 fevral/ Trend , müxbir İ.Xəlilova/ UniBank kommersiya bankı 2008-ci ildə xarici kreditlərin cəlb edilməsi həcmini genişləndirməyi planlaşdırır. Onların $150-200 mln. həcmində olacağı gözlənilir. Bu barədə UniBank-ın Müşahidə Şurasının sədri Eldar Qəribov məlumat verib.

Vəsaitlər ölkədə kiçik və orta biznesin inkişafı, ticarətin maliyyələşdirməsinə, birbaşa kreditləşməyə (iri banklarla birbaşa müqavilələrin bağlanması üçün) cəlb ediləcək.

Qəribovun sözlərinə görə, UniBank hazırda Azərbaycanda ilk dəfə olaraq, sindikatlaşdırılmış kreditləşmə təşkil edən iri əcnəbi banklardan biri ilə müqavilə bağlanması ərəfəsindədir. Bu il daha iki sindikatlaşdırılmış kreditin alınması da gözlənilir.

"2008-ci ildə biz, həmçinin, yerli depozitlərin cəlb edilməsinə diqqət ayrımağı planlaşdırırıq və əsas gücü buna yönəldiləcək", - bank rəhbəri bildirib.

UniBank üçün beynəlxalq münasibətlərin inkişafı biznesin inkişafında prioritet istiqamətlərdən biridir. Hazırda o, ölkənin özəl bankları arasında əcnəbi investorlardan cəlb edilmiş ən böyük investisiya portfelinə malikdir.

Xəbər lenti

Xəbər lenti