...

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2008-ci ildə Bakıda daşınmaz əmlak qiymətlərinin artacağını proqnozlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Fevral 2008 15:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 fevral/ , müxbir Ü.İsmayılova/ 2008-ci ildə Azərbaycanın daşınmaz əmlak bazarında qiymətlər enerji daşıyıcıları qiymətlərinin artması və tikinti materiallarının dəyərinin dinamik artımına görə daha 10-15 faiz artacaq. Bu barədə bazar ertəsi Azərbaycanın Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəhbəri Arif Qaraşov məlumat verib.

"Qiymətlər əmlakın yerləşdiyi yerdən asılı olaraq artacaq" - Qaraşov bildirib.

Qaraşovun rəyinə görə, 2007-ci ildə daşınmaz əmlak bazarında qiymətlər təqribən 25 faiz artıb.

"Əmlak bazarı iştirakçıları" ictimai təşkilatının icraçı direktoru, ekspert Nüsrət İbrahimovun rəyinə görə, 2007-ci ildə Azərbaycanın daşınmaz əmlak bazarındakı qiymətlər 2006-cı ilə nisbətən orta hesabla 23,2 faiz artıb.

"2008-ci ildə daşınmaz əmlakın dəyəri təxminən 16-18 faiz artacaq, ilin birinci yarısında bazarın fəallığı zəif olacaq" - İbrahimov bildirib.

2007-ci ilin avqustunda Bakının mərkəzi küçələrindən birində tikilməkdə olan 16 mərtəbəli bina uçub və nəticədə 25 nəfər həlak olub. Bundan sonra, Bakı əmlak bazarı müəyyən dövr ərzində hərəkətsiz dayanıb və bu, qiymətlərin orta hesabla 37 faiz ixtisarına səbəb olub.

Xəbər lenti

Xəbər lenti