...

Azərbaycan təhlükəsizlik məqsədilə Bakı-Kabil aviareysini bağlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2008 14:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 fevral / Trend , müxbir S.Ağayeva / Azərbaycan Bakı-Kabil aviareysini bağlayır.

"Uçuşların təhlükəsizliyi məqsədilə "Azərbaycan Hava Yolları" Dövlət Konserni fevralın 24-dən Bakı-Kabil-Bakı marşrutu üzrə reysləri bağlayır" - cümə günü Dövlət Konsernindən Trend ə bildiriblər.

"Əfqanıstan tərəfi uçuşların təhlükəsizliyini təmin edə bilmir, bu səbəbdən də "AZAL" bu addımı atmağa məcbur olub" - Konsernin nümayəndəsi izah edib.

"Hava əlaqəsinin qaydaya salınması yalnız təhlükəsizlik təmin olduqda mümkündür" - AZAL-da deyiblər.

Bakı-Kabil-Bakı aviareysləri 2006-cı ilin yayında, Əfqanıstanın qurulmasında iştirak edən əcnəbi mütəxəssislərin daşınmasına artan tələbatın nəticəsində bərpa edilib. Mütəxəssislərin çoxu Bakıdan tranzitlə Kabilə yola düşürdülər. Reyslər həftədə üç dəfə "TU 154" təyyarəsi ilə həyata keçirilib.

Bakı-Kabil marşrutunun bağlanması həmçinin Əfqanıstandan Azərbaycana qanunsuz miqrasiyanın qarşısını ala bilər. Miqrantlar Azərbaycandan üçüncü ölkəyə keçirdilər. Rəsmi statistikaya əsasən, Azərbaycana gələn qanunsuz miqrantlar arasında əfqanlar çoxluq təşkil edir. Azərbaycana miqrant axınının əsas səbəbi - ölkənin əlverişli coğrafi mövqeyə və əmək bazarına malik olmasıdır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - seba

Xəbər lenti

Xəbər lenti