Azərbaycan, Bakı, 28 aprel / Trend , müxbir İ.Xəlilova / Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə olan rəsmi məzənnəsi 0,0007 bənd möhkəmlənib (0,07 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,82858 manat səviyyəsində müəyyən olunub.
Manata münasibətdə dolların maksimum məzənnəsi aprelin 18-də 1 ABŞ dolları üçün 0,8296 manat, minimum isə aprelin 23-də 1 ABŞ dollarına 0,8276 manat müəyyən olunub.
ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi | |||
14aprel | 0,8310 | 21aprel | 0,8296 |
15aprel | 0,8300 | 22aprel | 0,8286 |
16aprel | 0,8303 | 23aprel | 0,8276 |
17aprel | 0,8285 | 24aprel | 0,8282 |
18aprel | 0,8289 | 25aprel | 0,8289 |
Həftə ərzində orta | 0,82974 | Həftə ərzində orta | 0,82858 |
Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası valyuta birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0007 bənd (0,07 faiz) aşağı düşüb. Orta məzənnə 1 ABŞ dollarına 0,82768 manat səviyyədə müəyyən olunub.
Dolların manata münasibətdə maksimum məzənnəsi aprelin 21-də 1 ABŞ dollarına 0,8286 manat, minimum isə aprelin 23-da 1 ABŞ dollarına 0,8266 manat müəyyən olunub.
Ötən həftə BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): 21 apreldə - 0,8286 AZN/USD məzənnəsi ilə $7,1 mln., aprelin 22-də - 0,8279 AZN/USD məzənnəsi ilə $0,23 mln., aprelin 23-də - 0,8266 AZN/USD məzənnəsi ilə $5,8 mln., aprelin 24-də - 0,8274 AZN/USD məzənnəsi ilə $7,4 mln., aprelin 25-də isə - 0,8279 AZN/USD məzənnəsi ilə $19,468 mln.
ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi | |||
14aprel | 0,8310 | 21aprel | 0,8296 |
15aprel | 0,8300 | 22aprel | 0,8286 |
16aprel | 0,8303 | 23aprel | 0,8276 |
17aprel | 0,8285 | 24aprel | 0,8282 |
18aprel | 0,8289 | 25aprel | 0,8289 |
Həftə ərzində orta | 0,82974 | Həftə ərzində orta | 0,82858 |
ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi | |||
14aprel | 0,8296 | 21 aprel | 0,8286 |
15aprel | 0,8289 | 22 aprel | 0,8279 |
16aprel | 0,8290 | 23 aprel | 0,8266 |
17aprel | 0,8270 | 24 aprel | 0,8274 |
18aprel | 0,8284 | 25 aprel | 0,8279 |
Həftə ərzində orta | 0,82858 | Həftə ərzində orta | 0,82768 |
USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN və BEST bankları tərəfindən sifarişlər təqdim olunmayıb.
Göstərilən dövr ərzində özəlləşdirmə çeklərinin qiyməti 1 manatr artaraq 17 manat səviyyəsinə çatıb.
Çeklərin istifadə müddəti 2010-cu ildə başa çatır.