...

Azərbaycanda pivə istehsalı üzrə yeni zavod istismara veriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyun 2008 13:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyun / Trend / Azərbaycanın iri lizinq şirkətlərindən biri olan "Unileasing" Xaçmaz şəhərində pivə istehsalı üzrə zavod üçün avadanlığın əldə edilməsinin maliyyələşdirilməsi üzrə layihənin reallaşdırılmasına başlayıb. Bu haqda bazar ertəsi şirkətdən verilən məlumatda bildirilib.

Məlumata görə, pivə zavodu 2008-ci ilin sonunda istismara veriləcək. Layihənin dəyəri $2,7 mln., "Unileasing" şirkətinin investisiyaları isə - $1,5 mln. təşkil edir.

"Unileasing" lizinq şirkətinin əldə edəcəyi ən yeni avadanlıq müasir Avropa standartlarına cavab verir və yerli analoqlarla müqayisədə daha keyfiyyətli pivə istehsal etməyə imkan yaradacaq. Burada pivə çex pivəsinin hazırlanma texnologiyaları üzrə yerli və əcnəbi xammaldan hazırlanacaq.

Pivə istehsalı üzrə zavod üçün avadanlığın əldə edilməsinin maliyyələşdirilməsi "Sənaye avadanlığı lizinqi" layihəsi çərçivəsində reallaşdırılır. Mayın 1-nə olan vəziyyətə görə, sözügedən layihə çərçivəsində ümumi məbləği $4 milyondan çox olan 22 layihə maliyyələşdirilib.

Hazırda "Unileasing" lizinq şirkəti yerli sahibkarların müxtəlif layihələrinin maliyyələşdirilməsi üzrə vəsait cəlb etmək üçün ABŞ və Türkiyə ilə danışıqlar aparır.

Xəbər lenti

Xəbər lenti