...

İFAD-ın layihəsi çərçivəsində Azərbaycanın şimal-şərq regionları üçün kredit komponenti vəsaitlərinin 16 faizi mənimsənilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Avqust 2008 15:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 avqust / Trend , müxbir İ.Xəlilova/ Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi nəzdində Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi "Azərbaycanın şimal-şərq regionlarının inkişafı" (North Development Project) layihəsinin kredit komponentindən $750 min vəsait mənimsəyib, Dövlət Agentliyinin Baş direktoru Razim Vəliyev çərşənbə axşamı bildirib.

Layihə Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu (İFAD) və ölkə hökuməti tərəfindən maliyyələşdirilir. Fermerləri maliyyələşdirən agent banklar qismində MuganBank, TexnikaBank və TuranBank seçilib.

Kreditlər üzrə dərcələr Azərbaycan Milli Bankının təkrarmaliyyələşdirmə dərəcəsi səviyyəsində - 15 faiz səviyyəsində müəyyən edilib. İFAD-ın birinci layihəsi çərçivəsində isə dərəcələr 7 faiz olub.

Digər fərqli cəhət odur ki, agent banklar layihənin dəyərinin 34 faizini maliyyələşdirməlidirlər. Qalan 66 faiz isə Azərbaycan hökumətinin İFAD-ın layihəsindəki vəsaitləri hesabına təmin ediləcək. Bu layihədə kredit komponenti $4,8 mln. təşkil edir.

Bir layihə üçün kreditin minimal məbləği - $3 min, maksimal məbləği isə $25 min təşkil edir ki, bu vəsaitlər də təsərrüfatdaxili meliorasiya işlərinin həyata keçirilməsi üçün nəzərdə tutulacaq. Kreditlərin verilmə müddəti 36 aydan 60 aya qədərdir.

Vəliyevin sözlərinə görə, bank olmayan kredit təşkilatları "Aqrarkredit" və "Mikromaliyyə" mikrokreditləşmə üçün cəlb edilib.

İFAD-ın layihəsi ölkənin dörd şimal-şərq rayonunu - Xızı, Siyəzən, Dəvəçi və Abşeron rayonlarını əhatə edir. Layihə üzrə saziş 2006-cı il iyulun 27-də Bakıda imzalanıb.

Layihənin ümumi dəyəri Azərbaycanın ilkin payı $2,69 mln. olmaqla $25,148 mln. təşkil edir. Hökumət OPEC Fondunun vəsaitlərini ($7,9 mln.) maliyyələşdirməyə cəlb etməkdən imtina edib, belə ki, Fond Azərbaycanın illik dərəcəsini 0,75 faizdən 5 faizədək artırıb. Nəticədə hökumət bu payı ölkənin dövlət büdcəsi hesabına maliyyələşdirməyi qərara alıb. Layihə çərçivəsində $10 mln.-a yaxın vəsait meliorasiya işlərinə, $6 mln. su istifadəçiləri assosiasiyalarının yaradılmasına, $4,8 mln. kreditlərin verilməsinə, qalan vəsait isə işçi qrupun saxlanılmasına yönəldiləcək.

Avqustun 26-na olan cari məzənnə - 0,8141 AZN/USD.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti