...

AYİB Alman-Azərbaycan Fondu vasitəsilə maliyyələşdirməni artıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Avqust 2008 18:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 avqust/ Trend Cap müxbir İ.Xəlilova/ Alman-Azərbaycan Fondu (AAF) Azərbaycanda mikro və kiçik sahibkarlığın maliyyələşdirilməsinə dair banklarla imzalanan kredit müqavilələri çərçivəsində 2008 - ci ilin sonunadək Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) xətti üzrə portfelin $10 mln.-dək artacağını gözləyir, -AAF-in texniki meneceri Andreas Franke cümə axşamı bildirib.

Bununla yanaşı, o, KfW-dən 5 mln. avro məbləğdə üçüncü tranşın alınacağına ümid edir. Fondun maliyyələşdirilməsi 2001-ci ildə, KfW-in vəsaitləri hesabına başalyıb. Alman bankı iki tranşla AAF-a 8,7 mln. avro verib. Bu vəasit artıq mənimsənilib və hazırda Fond yerli bankları revolver hesabı və AYİB-in kredit vəsaitləri hesabına maliyyələşdirir. Avropa Bankı Azərbaycanda mikro və kiçik sahibkarlıq üçün ictimai maliyyə xidmətləri çərçivə mexanizmi (AMBF-MSE) çərçivəsində, 2006 - cı ildə AAF vasitəsilə bankların maliyyələşdirilməsinə başlayıb.

Fond rəhbəri hesab edir ki, AAF vasitəsilə digər beynəlxalq təşkilatların banklara verilən kredit vəsaitlərindən də istifadə edilə bilər;bu vəsaitlər onların şəxsi kapitallarına əlavə edilir. Lakin bu gün belə mexanizm hələ inkişaf etməyib və buna görə də AAF-in imkanları KfW və AYİB-in kreditləri ilə məhdudlaşır.

Frankenin sözlərinə görə, 2008 - ci ildə Fondun dövriyyəsi artıb və AAF-in fəaliyyətinin ötən beş ili ərzindəki əməliyyatların ümumi həcminə bərabərdir. Bu, ölkə regionlarında fəaliyyətin dərinləşdirilməsi hesabına mümkün olub və hazırda AAF-in fəaliyyəti ölkənin 16 şəhər və səkkiz regionunu əhatə edir.

Hazırda AAF-in cari portfeli $62 mln. təşkil edir. Bu vəsaitin $15 milyonu KfW-in vəsaitlərindən kreditlərin ayrılması, qalan $47 mln. isə AYİB-in hesabına formalaşdırılıb. Ümumilikdə indiyədək 5-6 mini Alman bankının xətti ilə olmaqla 18 minədək kredit verilib.

AAF-in yaradılması haqqında saziş 1999 - cu ildə imzalanıb, kreditlərin verilməsi 2001-ci ilin martında başlayıb. 2001 -ci ilin martından AAF-in tərədaşları Bank of Baku və Unibank, 2003-cü ilin yanvarından Parabank və bank "Respublika", 2004 - cü ilin sentyabrından Azerdemiryolbank və Azerigazbank, 2006 - cı ilin dekabrından Rabitəbank və Muğanbank, 2007- ci ilin fevralından isə, Nikoil Bank-dır.

Avqustun 28-nə olan cari məzənnə -- 0,8132 AZN/USD.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti