Azərbaycan, Bakı, 03 oktyabr/ Trend , müxbir İ.Xəlilova/ Beynəlxalq Reytinq Agentliyi Fitch Ratings Azerdemiryolbank-ın reytinqinin yenilənməsi prosesində onu əvvəlki səviyyədə təsdiqləyib. Fitch Ratings uzunmüddətli emitent defoltu reytinqi (EDR) üzrə Azerdemiryolbank-ın reytinqini їB-ї, qısamüddətli üzrə - їBї, fərdi reytinq їD/Eї, dəstək reytinqi ї 5, uzunmüddətli EDR-in dəstəklənməsi səviyyəsi üzrə - їdəstək səviyyəsi yoxdurї səviyyəsində təsdiqləyib. Uzunmüddəli EDR üzrə proqnoz їsabitї kimi saxlanılıb.
Azerdemiryolbank - ın reytinqləri bankın beynəlxalq standartlar üzrə kiçik ölçüsünü, kreditləşmənin çox sürətli artımı ilə (buna baxmayaraq, artımın mülayim səviyyəyədək azalacağı gözlənilir) bağlı olan riskləri və əməliyyat mühitinin müəyyən risklərini əks etdirir. Eyni zamanda reytinqlər nəzərəçarpacaq mənfəətliliyi, bu günə adekvat olan aktivlərin keyfiyyətini və bankın fondlaşdırılması strukturunun diversifikasiyasıı nəzərə alırlar. Maliyyə bazarlarında təkrarmaliyyələşdirmə riski mülayimdir, belə ki, bankın fondlaşdırmasının əsas mənbələri müştəri hesabları, beynəlxalq və daxili inkişaf institutları, kiçik və orta biznesin müəssisələri ilə iş üzrə ixtisaslaşmış fondlar və digər fondlardır.
Agentliyin ekspertlərinin rəyinə görə, bu gün bankın kapitallaşması adekvatdır. Lakin kredit portfelinin artımı kapitalın mənfəət hesabına generasiyasını qabaqlayarsa, o, azala bilər.
Qısamüddətli perspektivdə reytinqlərin artması potensialı çətin əməliyyat mühiti və Azerdemiryolbank - ın kiçik ölçüsünü nəzərə almaqla məhduddur. Eyni zamanda, aktivlərin və likvidliyin keyfiyyəti pisləşmədən bankın müştəri bazasının xeyli artması onun kreditqabiliyyətliliyi üçün müsbət amil ola bilərdi. Aktivlərin keyfiyyətində mənfi dəyişikliklər baş verərsə, çox ehtimal ki, reytinqlərə azalma tərəfə təzyiq olacaq.
2008 - ci ilin birinci yarısının sonuna olan vəziyyətə görə, Azerdemiryolbank aktivlərinin həcminə görə Azərbaycanda səkkizinci yeri tutub və ölkənin bank sisteminin bütün aktivlərinin təxminən 2,3 faizinə, fiziki şəxslərin depozitlərinin 2,9 faizinə malik olub. Bank 1989 - cu ildə Azərbaycan Dövlət Dəmir Yolu tərəfindən təsis edilib. 1995 - ci ildən bankın əsas səhmdarı Hacıyevlər ailəsidir (hazırda səhmlərin təxminən 46 faizinə ona məxsusdur). Bankın səhmlərinin 35 faizi AYİB və Netherlands Development Finance Company-yə məxsusdur. 2005 - ci ilin dekabrından AYİB bankın səhmlərinin 25+ bir fazini alıb. Azerdemiryolbank ölkənin özəl bankları arasında ilk dəfə 2004 - cü ildən beynəlxalq reytinq qiymətləndirmələri almağa başlayıb.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]