...

Azərbaycanda satışdan 200 kq vaxtı ötmüş məhsul çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2009 18:23 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin iyulun 15-də keçirdiyi növbəti monitorinqlər zamanı ümumi çəkisi 200 kiloqramdan çox saxlama müddəti ötmüş ərzaq məhsulları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib

Azərbaycan, Bakı, 16 iyul / Trend /

"İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin iyulun 15-də keçirdiyi növbəti monitorinqlər zamanı ümumi çəkisi 200 kiloqramdan çox saxlama müddəti ötmüş ərzaq məhsulları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib", - nazirliyin cümə axşamı yayılan məlumatında deyilir.

Monitorinqlər Bakının Binqədəi və Nəsimi rayonlarında, həmçinin Azərbaycanın Xaçmaz və Tovuz şəhərlərində keçirilib.

Müddəti ötmüş ərzaq məhsullarının içərisində kolbasa, qənnadı məmulatları, bitki yağları, süd və süd məhsulları, sərinləşdirici içkilər, mayonezlər və s. olub.

Nəsimi rayonunda aparılmış yoxlama zamanı obyektlərin birində mənşəyi məlum olmayan və saxlama müddəti ötmüş mallar aşkar edilməyib.

Dövlət Xidməti tərəfindən Sumqayıt şəhərində tikinti materialları mağazasında 4,2 ton saxta sement aşkar edilərək satışdan çıxarılıb.

Qanun pozuntusuna yol vermiş 8 fiziki şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Bu şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Ümumiyyətlə 17 may 2009-cu il tarixindən "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 34 hüquqi şəxsə 132,5 min manat, 177 fiziki şəxsə 266 min manat cərimə tətbiq olunub.

İyulun 16-na olan rəsmi məzənnə 0,8042 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti