...

Çexiya bankı Azərbaycanın dəmiryol təsərrüfatının inkişafına 200 milyon avrodan çox vəsait ayıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyun 2010 15:58 (UTC +04:00)
Azərbaycan Nəqliyyat Nazirliyi Çexiyanın İxrac Banlkı (Çeşka Exportni Banka A.S.) ilə 215 milyon avro məbləğində çərçivə kredit sazişi imzalayıb.
Çexiya bankı Azərbaycanın dəmiryol təsərrüfatının inkişafına 200 milyon avrodan çox vəsait ayıracaq

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Nəqliyyat Nazirliyi Çexiyanın İxrac Banlkı (Çeşka Exportni Banka A.S.) ilə 215 milyon avro məbləğində çərçivə kredit sazişi imzalayıb. Bu barədə bazar ertəsi "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Sənədi Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, maliyyə naziri Samir Şərifov və Çexiya İxrac Bankı Direktorlar Şurasının sədri Lyubomir Pokornı imzalayıblar.

Saziş "Azərbaycanın dəmir yollarının yenidən qurulması" layihəsinin maliyyələşdirilməsi çərçivəsində imzalanıb.

Ayrılan kreditin qaytarılma müddəti 8 ildir. Plana əsasən, işlər üç il ərzində yerinə yetirilməlidir.

Alınan vəsaitlər respublikanın dəmiryol təsərrüfatının inkişafına yönələcək. Bakı-Böyük Kəsik marşrutu üzrə yolun 317 kilometrliyində təmir-bərpa işlərinin görülməsi nəzərdə tutulub. Bu, sərnişin vaqonlarının sürətinin artırılmasına imkan verəcək.

Xəbər lenti

Xəbər lenti