...

Aİ-nin Azərbaycan üçün ENP çərçivəsində maliyyə paketi 122,5 milyon avroyadək artırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Yanvar 2011 11:28 (UTC +04:00)
Avropa İttifaqı Azərbaycana "Hərtərəfli institusional quruculuq" proqramı çərçivəsində 19 milyon avro vəsait ayırıb. Bunun nəticəsində növbəti üç il ərzində Avropanın ölkəyə ümumi yardım paketi 122,5 milyon avroyadək artırılıb. Bu barədə Avropa İttifaqının ENP (Avropa Qonşuluq Siyasəti) informasiya mərkəzinin cümə günü yaydığı məlumatda deyilir.
Aİ-nin Azərbaycan üçün ENP çərçivəsində maliyyə paketi 122,5 milyon avroyadək artırılıb

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir N.İsmayılova/

Avropa İttifaqı Azərbaycana "Hərtərəfli institusional quruculuq" proqramı çərçivəsində 19 milyon avro vəsait ayırıb. Bunun nəticəsində növbəti üç il ərzində Avropanın ölkəyə ümumi yardım paketi 122,5 milyon avroyadək artırılıb. Bu barədə Avropa İttifaqının ENP (Avropa Qonşuluq Siyasəti) informasiya mərkəzinin cümə günü yaydığı məlumatda deyilir.

Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozonun sözlərinə görə, Aİ siyasi və iqtisadi islahatların keçirilməsində Azərbaycana kömək göstərməyə hazırdır.

Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozunun başçılığı ilə nümayəndə heyəti yanvarın 13-də Bakıya gəlib. Bu, Avropa Komissiyası sədrinin hazırkı vəzifədə olduğu müddət ərzində Azərbaycana ilk səfəridir. Barrozunu energetika üzrə Avropa komissarı Günter Ottinger müşayiət edir.

2013-cü ilədək Azərbaycan üçün proqramın büdcəsinin Aİ tərəfindən "Şərq tərəfdaşlığı" təşəbbüsü üçün qismən ayrılan vəsait hesabına artırılması nəzərdə tutulur. Bundan əvvəlki proqram 88 milyon avro həcmində nəzərdə tutulmuşdu.

2006-cı ilin noyabrında Brüsseldə Azərbaycan üçün Avropa Qonşuluq Siyasəti (ENP) fəaliyyət planının prioritet istiqamətləri ölkədə demokratiyanın güclənməsini, işgüzar və investisiya mühitinin yaxşılaşdırılmasını, sürəkli iqtisadi inkişafın dəstəklənməsini, iqtisadi sahədə qanunvericiliyin uyğunlaşdırılmasını, Aİ ilə Azərbaycan arasında energetika və nəqliyyat sahəsində əməkdaşlığın gücləndirilməsini və s. müəyyən edir.

Xəbər lenti

Xəbər lenti