...

Azərbaycanda yeni sement zavodunun tikintisi üçün maliyyələşmənin təxminən 40 faizinin xarici investisiyalar hesabına cəlb edilməsi planlaşdırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2011 16:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir N.İsmayılova/

Bakının Qaradağ rayonunda tikilən yeni "Qızıldaş Sement" zavodunun maliyyələşdirilməsi üçün xarici sərmayədarlardan vəsaitlərin cəlb edilməsi planlaşdırılır. Bu barədə "Norm" şirkəti sədrinin müavini Məmməd Abbasov bildirib.

"İndi biz islam bankı da daxil olmaqla, bəzi maliyyə institutları ilə danışıqlar aparırıq", - Abbasov deyib.

Onun sözlərinə görə, zavodun tikintisinə yatırılacaq təxminən 400 milyon dollarlıq investisiyaların ümumi həcmindən 60 faizini şirkətin öz şəxsi vəsaitləri təşkil edir, təxminən 40 faizinin isə xarici sərmayədarlardan cəlb edilməsi planlaşdırılır.

"Azərbaycanda sement istehsalının rentabelliyi kifayət qədər yüksəkdir. Bizim hesablamalarımıza görə, əgər biz ildə 20 milyon manat vergilərin ödənilməsinə yönəltsək, onda rentabellik təxminən 30-35 faiz səviyyəsində olacaq", - şirkətin strategiya və biznesin inkişafı üzrə direktoru Murad Sadıqov bildirib.

"Norm"un layihəsi üzrə zavod 2013-cü ilin sonunda istismara veriləcək. Qeyri-neft sektorunda ən iri layihələrdən biri olan bu layihənin dəyəri vergi ödəmələri ilə birgə 400 milyon dollar həcmində qiymətləndirilir. Bu günədək Xəzər regionunda istehsal olunmayan API standartlarına cavab verən tamponaj sementin istehsalı Azərbaycanı neft istehsalçıları üçün sement ixracatçısına çevirəcək.

Zavodun istehsal gücü ildə 5 min ton klinker və iki milyon ton sement olacaq.

Martın 1-nə olan rəsmi məzənnə 0,7939 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti