...

Azərbaycan əhalisi sığortaya diqqətsiz yanaşır - bazar iştirakçısı

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Mart 2011 13:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir N.İsmayılova/

Hazırda ölkə əhalisinin maddi vəziyyəti əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşıb. Avtomobillərin, daşınmaz əmlak obyektlərinin və mülkiyyətin digər növlərinin sayı xeyli artıb, lakin onların çox az hissəsi sığortalanıb. Bu barədə "Azərsığorta" dövlət kommersiya sığorta şirkətinin sədri Məmməd Məmmədov cümə axşamı rəsmi mətbuatda dərc olunmuş müsahibəsində bildirib.

"Təsadüfi deyil ki, inkişaf etmiş ölkələrdə bədbəxt hadisələr, təbii fəalkətlər və digər hadisələr zamanı sığorta şirkətləri kompensasiyaların ödənilməsinin qarantıdırlar. Lakin Azərbaycan əhalisi sığorta məsələsinə başdansovdu yanaşır", - Məmmədov hesab edir.

Onun sözlərinə görə, ötən ilin yazında Sabirabad, Saatlı, İmişli, Hacıqabul rayonlarında yağan leysan yağışlar nəticəsində baş vermiş daşqınlar, eləcə də Şirvan şəhərində bir çox evlərin su altında qaldığı zaman bu evlərdən heç birinin sığortalanmadığı məlum oldu. Həmin təbii fəlakət nəticəsində dövlət əhaliyə dövlət büdcəsi hesabına kompensasiya ayırdı, halbuki həmin vəsaitlər başqa ehtiyaclara yönəldilə bilərdi.

Dövlət şirkəti sədrinin sözlərinə görə, "Azərsığorta" özəl əmlakın könüllü sığortası üzrə xüsusi müqavilə hazırlayıb və indi belə müqavilələrin bağlanması üzrə işlər gedir.

Məmmədov hesab edir ki, Azərbaycandakı bütün daşınmaz əmlak obyektlərini könüllü sığorta ilə təmin etmək mümkün deyil, lakin "Sığortanın icbari növləri haqqında" qanunun qəbulundan sonra sığortalanmamış əmlakı tam əhatə etmək mümkün olacaq. [Qanun layihəsi artıq birinci oxunuşda ölkə parlamenti tərəfindən qəbul edilib].

"Bu qanunun qəbul edilməsindən sonra daşınmaz əmlak obyektləri mülkiyyətçilərinin hüquqlarının müdafiəsi təmin olunacaq", - Məmmədov deyib.

Avtomobil vasitələri sahiblərinin sığorta müqavilələrinin olmaması daha bir problem olaraq qalır ki, hazırda ölkədə onların sayı bir milyondur.

"Sığortalanmamış avtomobillər sığorta hadisəsi zamanı ailə büdcəsinə ziyan vura bilərlər", - Məmmədov bildirib.

"Azərsığorta" dövlət şirkəti 1992-ci ildə Sovet İttifaqı dağıldıqdan sonra keçmiş dövlət sığortasının bazasında yaradılıb. Şirkət ölkənin bütün şəhər və rayonlarında 80 sığorta agentliyinə sahibdir. 2011-ci ilin yanvar ayı ərzində fəaliyyətin yekunları üzrə şirkətin sığorta haqları 750,384 min manat, ödənişləri isə 589,305 milyon manat təşkil edib.

Martın 10-na olan rəsmi məzənnə 0,7936 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti