...

Azərbaycan bankı əhalinin islam bankçılığı məhsuluna marağının artdığını qeyd edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Avqust 2011 14:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbir N.İsmayılova/

Azərbaycan bankı "Nikoil Bank" əhali tərəfindən bazarda hələ ki yeganə olan "Vadi yad Damana" islam bankçılığı məhsuluna marağın artıdığını qeyd edir. Bu barədə çərşənbə axşamı bankın Biznesin inkişafı departamenti yanında islam bankçılığı məhsullarının inkişafı üzrə aparıcı menecer Anar Yusufzadə deyib.

Məhsul əmanət depozitidir. Onun üstünə faizlər gəlmir, hesabdan vəsaitləri istənilən vaxtda götürmək olar. Bank məhsulu bazara cari ilin mayında çıxarıb.

"Bu məsul üzrə portfel daima dəyişir, çünki o təcili deyil. Hazırda "Nikoil Bank" tərəfindən bu məhsul üzrə ümumi məbləği 88 min manat olan 100-ə yaxın hesab açılıb", - Yusufzadə bildirib.

Hazırda "Nikoil Bank" belə xidmət təklif edən ilk Azərbaycan bankıdır. Əvvəllər islam bankçılığı üzrə xidmətlərin göstərilməsi ilə bağlı "Amrahbank", "Turanbank", "Texnikabank" öz istəklərini bildirmişdilər. Azərbaycan Beynəlxalq Bankı hazırda islam bankçılığının tətbiqi üüzrə artıq məsləhətçini cəlb edib və müvafiq qanun hazırlanması təklifi ilə çıxış edib.

"Nikoil Bank" Azərbaycanda 1997-ci ildən fəaliyyət göstərir. 2008-ci ildə "Topaz İnvestments" şirkəti tərəfindən "Nikoil Bank"ın nəzarət paketi alındıqdan sonra səhmdarların iştirakı aşağıdakı kimidir: "Topaz İnvestments" - 53,1%, "Nikoil" QSC - 28,7%, "Uralsib-İnvest" MMC - 13,9% və "ISR Holding" - 4,3%.

Avqustun 9-na olan rəsmi məzənnə 0,7866 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti