...

Azərbaycan və İordaniya arasında nəqliyyat sahəsində birgə komissiyanın ilk iclası keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Avqust 2011 22:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 avqust /Trend/

Bazar günü Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı səfiri Elman Araslı İordaniyanın Nəqliyyat naziri Muhənnəd Qudah ilə görüş keçirmişdir. Görüşdə Azərbaycanla İordaniya arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişafı, bu istiqamətdə mövcud imkanların öyrənilməsi məsələləri müzakirə olunmuşdur. Bu barədə Trend-ə Azərbaycanın İordaniyadakı səfirliyindən bildirilib.

Söhbət zamanı Səfir son illər ərzində Azərbaycanın nəqliyyat sektoru sahəsində əldə olunan nailiyyətlər, hökumət tərəfindən bu istiqamətdə atılan addımlar, həyata keçirilən iri beynəlxalq layihələr haqqında iordaniyalı naziri məlumatlandırmışdır.

Görüşdə eyni zamanda "Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş"ə əsasən, bu sahədə əməkdaşlığın nəzərdən keçirilməsi və inkişaf etdirilməsi məqsədilə Birgə Komissiyanın bu ilin payızında İordaniyada keçirilməsi planlaşdırılan ilk iclasının konkret vaxtı və gündəliyi də müzakirə edilmişdir.

Xəbər lenti

Xəbər lenti