...

Azərbaycanda aerogeodeziya mərkəzi açılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Oktyabr 2011 14:19 (UTC +04:00)
Yaxın vaxtlarda Azərbaycanda sonradan emal olunması üçün ölkənin 37 peyk geodeziya stansiyasından məlumatların daxil olacağı Dövlət Aerogeodeziya Mərkəzi açılacaq.
Azərbaycanda aerogeodeziya mərkəzi açılacaq

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir A.Axundov/

Yaxın vaxtlarda Azərbaycanda sonradan emal olunması üçün ölkənin 37 peyk geodeziya stansiyasından məlumatların daxil olacağı Dövlət Aerogeodeziya Mərkəzi açılacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov hakim Yeni Azərbaycan Partiyasının mənzil-qərargahında keçirilən, 20 il ərzində Azərbaycanda aparılan torpaq islahatlarına həsr olunmuş mətbuat konfransında deyib.

"Azərbaycan hökuməti ilə Dünya Bankının birgə layihəsi çərçivəsində daşınmaz əmlakın qeydiyyatı üzrə Azərbaycanın işğal olunmuş ərazilərindən başqa, Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, respublikanın böyük hissəsini əhatə edən peyk geodeziya şəbəkəsi yaradılıb. Şəbəkə bütün gün ərzində işləyir. Şəbəkəyə 37 peyk stansiyası daxildir", - Məmmədov deyib.

Onun sözlərinə görə, yaxın vaxtlarda layihənin komponentləri üzrə beynəlxalq tenderdə qalib gələn şirkətlərlə müqavilələr imzalanacaq. Həmin layihələr ölkənin dörd milyon hektarlıq ərazisini əhatə edən topraq kadastr xəritəsinin hazırlanmasını nəzərdə tutur.

"Eləcə də aerofoto çəkilişlər və kosmik çəkilişlərin köməyi ilə 65 min kvadrat kilometrlik ərazidə 1:1000, 1:5000 və 1:10000 miqyasda ortofotoplanların vasitəsilə dəqiq geodeziya əsasında ərazinin fotoqrafik planının hazırlanması üzrə iş gedir", - o bildirib.

Azərbaycan hökuməti və Dünya Bankı 2007-ci ilin iyulunda daşınmaz əmlakın vahid kadastr sisteminin birgə tətbiqi barədə saziş imzalayıblar. Layihə 4 komponentdən ibarətdir - daşınmaz əmlak qeydiyyatı, dövlət əmlakı idarəsi və reyestri, baza torpaq xəritəsi və torpaq kadastrı, treninqlər, siyasətin formalaşması və layihənin idarəsi.

Layihənin dəyəri 38,57 milyon dollar təşkil edir, onun 30 milyon dolları Dünya Bankının kreditinin payına düşür. Kredit resursları beş illik güzətli dövr ərzində 20 illik müddətə ayrılıb.

Xəbər lenti

Xəbər lenti