...

Azad İstehlakçılar Birliyi: Qaradağ rayonu ərazisindəki çirkli göllərdən hər gün tonlarla zəhərli duzlar daşınaraq əhaliyə satılır (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Aprel 2012 14:54 (UTC +04:00)
Azad İstehlakçılar Birliyi ölkə ərazisində duzun yodlaşdırılması və satışı sahəsində apardığı monitorinqlər zamanı, kustar üsulla istehsal olunan və tərkibində zəhərli maddələrin olduğu duzların açıq satılması hallarının davam etdiyini bildirir.
Azad İstehlakçılar Birliyi: Qaradağ rayonu ərazisindəki çirkli göllərdən hər gün tonlarla zəhərli duzlar daşınaraq əhaliyə satılır (FOTO)

Azərbaycan, Bakı, 5 aprel /Trend/

Azad İstehlakçılar Birliyi ölkə ərazisində duzun yodlaşdırılması və satışı sahəsində apardığı monitorinqlər zamanı, kustar üsulla istehsal olunan və tərkibində zəhərli maddələrin olduğu duzların açıq satılması hallarının davam etdiyini bildirir.

Birlikdən Trend-ə verilən məlumata görə, satılan keyfiyyətsiz duzların mənbəyini araşdırarkən məlum olub ki, bu duzlar əsasən müxtəlif mənbə və çirkli göllərdən toplanan duzların hesabına istehsal olunur.

Bu məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, ekzotik qablarda qablaşdırılaraq xarici istehsal kimi istehlakçılara təklif olunan bu duzlar texniki istifadəyə belə yaramır. Belə duz markaları respublikanın müxtəlif bölgələrində əhaliyə satılır. Masazır duz zavodun istifadəyə verildikdən sonra keyfiyyətli "Azərduz" markasının satışa çıxarılması yod çatışmazlığı problemini qismən aradan qaldırsa da, bazarda satılan bir çox duzlar təhlükə mənbəyi olaraq qalır.

Qənd istehsalında da vəziyyətin acınacaqlı olduğunu bildirən ekspert deyib ki, bir çox qənd sexlərində qəndi ağartmaq üçün insan həyatı üçün təhlükəli olan Sodium Hydrogen Sulphide-dən geniş istifadə olunur.

Azad İstehlakçılar Birliyi əhalini duz və qənd alarkən diqqətli olmağa, mənşəyi bilinməyən məhsulları almamağa çağırır.

Xəbər lenti

Xəbər lenti