...

Əhmədinejad İran-Türkmənistan dəmiryol layihəsinin həyata keçirilməsinin gedişi ilə tanış olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Aprel 2012 15:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbirlər M.Moezzi, E.Tarıverdiyeva/

İran Prezidenti Mahmud Əhmədinejad İranı Türkmənistanla birləşdirəcək dəmiryol layihəsinin reallaşdırılmasının gedişi ilə tanış olub. Bu barədə Trend bazar ertəsi IRNA-ya istinadən məlumat verir.

Tamamlanması ilin sonuna (İranda il martın 19-da başa çatır) planlaşdırılan dəmiryol layihəsi İran-Türkmənistan sərhədində İranın Qorqan şəhərini Türkmənistanın şimal-qərbindəki İnçeborun şəhəri ilə birləşdirəcək. Tikintinin başa çatdırılması Fars körfəzini Mərkəzi Asiya ilə birləşdirən dəmiryol dəhlizini yaratmağa imkan verəcək.

Layihənin həyata keçirilməsi Avropa və Asiya ölkələrinə Mərkəzi Asiya və Fars körfəzinə çıxış imkanı verir. Oxşar imkan Cənubi və Cənub-Şərqi Asiya ölkələri və Hind okeanı sahillərindən İran, Türkmənistan, Qazaxıstan və Rusiyadan keçməklə Şimali və Şərqi Avropa ölkələrinə mal tranziti üçün də yaranacaq.

Xəbər lenti

Xəbər lenti