...

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalının həcmi artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Oktyabr 2012 17:36 (UTC +04:00)
2012-ci ilin 9 ayında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı əvvəlki illərdə olduğu kimi öz dinamik inkişafını davam etdirib və kənd təsərrüfatında ümumi məhsul istehsalı 4,1 milyard manat olmaqla keçən ilin müvafiq dövrünə nisbətən 6,3 faiz artıb.
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalının həcmi artıb

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir C.Nəsibova/

2012-ci ilin 9 ayında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı əvvəlki illərdə olduğu kimi öz dinamik inkişafını davam etdirib və kənd təsərrüfatında ümumi məhsul istehsalı 4,1 milyard manat olmaqla keçən ilin müvafiq dövrünə nisbətən 6,3 faiz artıb. Bu barədə Trend cümə axşamı Kənd Təsərrüfatı Nazirliyinin rəsmi saytına istinadən məlumat verir.

Oktyabrın 1-nə olan vəziyyətə görə 1,24 milyon hektar sahədə biçin aparılıb və 2, 762 milyon məhsul istehsal edilib. Keçən ilin müvafiq dövrünə nisbətən 331,561 min ton artıq məhsul istehsal edilib, hektarın məhsuldarlığı 1,7 sentner artıb.

Azərbaycan Prezidenti İlham Əliyevin "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" 23 yanvar 2007-ci il tarixli sərəncamının icrası ilə bağlı istehsalçılara əkin sahələri və çoxillik əkmələrin becərilməsində istifadə edilmiş yanacaq və motor yağlarına, buğda və çəltik səpininə, mineral gübrələrin güzəştli qiymətlərlə satılmasına, toxum və ting istehsalçılarına 1-ci və 2-ci reproduksiyalı toxum və ting satışına, elmi-tədqiqat təşkilatlarına orijinal, superelit və elit toxumlarına çəkilən xərclərin ödənilməsinə 2007-2011-ci illər və 2012-ci ilin 9 ayı ərzində 536,7 milyon manat subsidiya verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti