...

"Azərbaycan Dəmir Yolları" QSC saytını yeniləyib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2012 15:28 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" QSC-nin yeniləşdirilmiş internet saytı (www.railway.gov.az) ictimaiyyətə təqdim olunub.
"Azərbaycan Dəmir Yolları" QSC saytını yeniləyib (FOTO)

Azərbaycan, Bakı, 7 dekabr /Trend/

"Azərbaycan Dəmir Yolları" QSC-nin yeniləşdirilmiş internet saytı (www.railway.gov.az) ictimaiyyətə təqdim olunub.

QSC-dən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə "Azərbaycan Dəmir Yolları"nın müavini Qurban Nəzirov açaraq saytın yeniləşdirilməsi səbəblərindən danışıb. Bildirib ki, son illərdə Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı müxtəlif proqramlar qəbul edilib və bu, davamlı xarakter alıb. Hazırda dünya ölkələri qarşısında duran ən mühüm vəzifələrdən biri məhz informasiya təhlükəsizliyinin təmin edilməsi, virtual təhdidlərdən səmərəli müdafiə, kiber-təhlükəsizlik məsələləridir. Azərbaycan bütün bu proseslərin aktiv iştirakçısı olmaqla dünyaya inteqrasiya prosesini ilbəil daha da genişləndirir.

"Azərbaycan Dəmir Yolları" QSC kütləvi informasiya vasitələri ilə həmişə sıx əmasda olub. Bu sahədə baş verən yeniliklər, həyata vəsiqə alan islahatlar kütləvi informasiya vasitələri vasitəsilə ölkə ictimaiyyətinə çatdırılıb. Bilirsiniz ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin "www.railway.gov.az" internet saytı ilk dəfə 22 iyul 2010-cu ildə ictimaiyyətə təqdim olunub. Aradan keçən müddət ərzində həm kütləvi informasiya vasitələri ilə, həm də elektron xidmətlərimizdən istifadə edən vətəndaşlarla normal əlaqə yaradılıb. Hər sahədə olduğu kimi, bu sahədə də yeniləşmə zamanın tələbi idi. QSC-nin yeniləşdirilmiş internet saytı müasir standartlara uyğun olaraq daha da təkmilləşdirilib və bu gün ölkə ictimaiyyətinə təqdim olunur", - Nəzirov deyib.

Sayt "Ana səhifə", "Haqqımızda", "Rəhbərlik", Struktur", Departamentlər", "Tariximiz" "Sərnişinlər üçün", "Yükdaşıma tarifləri", "Media" ("Xəbərlər", "Foto-arxiv", "Video-qalereya), "Hərəkət cədvəli", "Tariflər", "Hüquqi sənədlər", "Normativ sənədlər", "Dəmiryolçu şəhidlər", "Həmkarlar ittifaqı", "Qan yaddaşımız", "Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi Layihəsi", "Mətbuat orqanları" və digər linklərdən ibarətdir.

Saytda "Azərbaycan Dəmir Yolları" QSC-nin Bakı-Tbilisi-Qars və "Şimal-Cənub" nəqliyyat layihələrinin reallaşması prosesində aktiv iştirakı barədə ayrıca bölmələr var.

2011-ci il noyabrın 21-dən Azərbaycanda ölkə daxilində və ölkədən kənara hərəkət edən sərnişin qatarlarına biletlərin internet şəbəkəsi vasitəsilə, onlayn rejimində satışına start verilib və 1 mart 2012-ci ildən Bakı-sərnişin stansiyasında gediş sənədlərinin (biletlərinin) dəyərinin plastik kartlardan istifadə etməklə bilet kassalarında quraşdırılmış pos-terminallar vasitəsilə nağdsiz ödənişi tətbiq olunub. Saytın "Onlayn bilet satışı" bölməsinə daxil olmaqla vətəndaşlar internet vasitəsilə bilet almaq arzularını reallaşdıra bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti