...

"Unibank" imtiyazlı səhmlərinin yerləşdirilməsini başa çatdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Dekabr 2012 13:25 (UTC +04:00)
"Unibank" ASC imtiyazlı səhmlərinin Bakı Fond Birjasında (BFB) yerləşdirilməsini başa çatdırıb.
"Unibank" imtiyazlı səhmlərinin yerləşdirilməsini başa çatdırıb

Azərbaycan, Bakı, 30 dekabr /Trend/

"Unibank" ASC imtiyazlı səhmlərinin Bakı Fond Birjasında (BFB) yerləşdirilməsini başa çatdırıb.

Bankdan Trend-ə verilən məlumata görə, dekabrın 26-da başlanan proses çərçivəsində "Unibank" Kommersiya Bankı ASC-nin dövlət qeydiyyat nömrəsi AZ3001002022 olan, ümumi məbləği 5 000 040 manat təşkil edən, 1 838 250 ədəd sənədsiz adlı imtiyazlı səhmi Bakı Fond Birjasında yerləşdirilib.

Hər bir səhmin nominal dəyəri 2,72 manatdır.

Yerləşdirmənin anderrayteri qismində "Unicapital" ASC çıxış edib.

Qeyd edək ki, emissiya prospektinin yerləşdirilməsi nəticəsində "Unibank"ın nizamnamə kapitalı 56,565 milyon manatdan 61,565 milyon manata çatdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti