...

Azərbaycan və Gürcüstan arasında əmtəə dövriyyəsi cüzi artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Avqust 2013 19:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir E. Əliyev/

Cari ilin birinci yarısında Azərbaycan və Gürcüstan arasında əmtəə dövriyyəsi 605,97 milyon dollar təşkil edib ki, bu da Gürcüstanın xarici ticarət dövriyyəsinin 12,9 faizini təşkil edir. Trend-in məlumatına görə, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin saytında yerləşdirilən hesabatda bildirilib.

İki ölkə arasında olan əmtəə dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə cüzi artıb. Müqayisə üçün 2012-ci ilin yanvar-iyun ayında Azərbaycan və Gürcüstan arasında əmtəə dövriyyəsi 605,79 milyon dollar təşkil edib.

Azərbaycan Türkiyədən sonra Gürcüstanın ikinci ticarət tərəfdaşıdır. Cari ilin birinci yarısında Türkiyə və Gürcüstan arasında ticarət dövriyyəsi 692,76 milyon dollar (xüsusi çəki-14,7 faiz) təşkil edib. Üçüncü yerdə isə 341,61 milyon dollar göstərici ilə Ukrayna tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti