...

Şahin Mustafayev: Azərbaycanın türkdilli ölkələrlə ticarət dövriyyəsi 2 milyard dollara yaxındır (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Dekabr 2016 12:31 (UTC +04:00)
Azərbaycanın Türkdilli dövlətlərin Əməkdaşlıq Şurası ölkələri ilə 2016-cı ilin yanvar-oktyabr aylarında ticarət dövriyyəsi 1,9 milyard dollar təşkil edib
Şahin Mustafayev: Azərbaycanın türkdilli ölkələrlə ticarət dövriyyəsi 2 milyard dollara yaxındır (FOTO)

Bakı. Trend:

Azərbaycanın Türkdilli dövlətlərin Əməkdaşlıq Şurası ölkələri ilə 2016-cı ilin yanvar-oktyabr aylarında ticarət dövriyyəsi 1,9 milyard dollar təşkil edib.

Trend-in məlumatına görə, bunu Bakıda keçirilən Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının iqtisadiyyat nazirlərinin altıncı iclasında bu gün Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Ş.Mustafayev bildirib ki, bu məbləğin bir milyardını idxal, 0,9 milyardını Azərbaycan məhsullarının ixracı təşkil edib:

"Türkdilli ölkələr şurasının Azərbaycanın ümumi ticarət dövriyyəsində payı 14 faizə bərabərdir. Azərbaycanın ixracatında bu göstərici 13 faiz, idxalatında 5 faiz təşkil edir.”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti