...

Bakı Türkmənistan ilə borc məsələsinə dair müzakirələri davam etdirməyə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Fevral 2006 15:14 (UTC +04:00)

Türkmənistanın milli bankı Azərbaycan hökumətini ölkənin Türkmənistana borcu məsələsinin nizamlanması ilə bağlı danışıqları bərpa etməyə dəvət edir. "Aşqabadda keçirilən iki uğursuz görüşdən sonra biz borc məsələləri ilə bağlı müzakirələrin Bakıda davam etdirilməsini məqsədəuyğun hesab edirik" -deyə AR maliyyə Nazirliyində Trend ə bildirilib.

Tərəflər indiyədək borcun həcmi ilə bağlı razılığa gəlməyib. Türkmənistan tərəfi öz hesablamalarında israrlıdır və bu da, borc məbləğinin üçqat artırılmasına gətirib çıxarır. Bakı hesab edir ki, ölkə Türkmənistan qazının alınmasına görə $18 mln.borcludur, Türkmənistan isə hesablanmış faizləri nəzərə alaraq $56 mln. məbləğində israr edir. Faizlə yanaşı Türkmənistan 90-cı ilin əvvəllərində alınmış qazın əvəzinə Azərbaycandan göndərilmiş malları da hesaba daxil etmir. Bunlar yolda itib, amma Azərbaycan tərəfi bu itkiyə görə məsuliyyət daşımır. Ölkənin maliyyə Nazirliyi hesab edir ki, kompromisin əldə olunduğu təqdirdə, borcun faizi ilə bağlı olan ödəmə hesabı da razılaşdırıla bilər.

Azərbaycan borc məsələlərinin nizamlanmasına üçüncü tərəfi cəlb etmək niyyətində deyil. Rusiyanın ehtiyat milli bankı Azərbaycanın Türkmənistana olan borcunu almaq təşəbbüsü ilə çıxış edir.

"Biz ölkənin kifayət qədər sabit iqtisadi vəziyyətini nəzərə alaraq borcun satılmasında zərurət görmürük. Belə bir mexanizmə iqtisadiyyatın pis vəziyyətdə olduğu təqdirdə üz tutmaq olar. Belə olan halda, satmaq və 5-10 ildən sonra yenidən strukturlaşdırmaya dair razılıq əldə etmək olar" -deyə maliyyəçilər hesab edir.

Xəbər lenti

Xəbər lenti