...

Azərbaycanda ISACA-nın nümayəndəliyi açılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyul 2006 17:33 (UTC +04:00)

İyulun 4-də Bakıda ISACA-nın (Information System Audit and Control Association) nümayəndəliyinin yaradılması üzrə Təşkilat Komitəsinin birinci iclası keçirilib. Trend in xəbər verdiyi kimi, iclasda Bank Respublika, Azərbaycan Milli Bankı, Azərigazbank, UniBank, Deloitte & Touche LLC mütəxəssisləri iştirak edib.

ISACA informasiya texnologiyaları, İT audit, İT təhlükəsizlik və İT idarəetmə sahəsində metodologiya və standartların işlənib hazırlanması üzrə dünya şöhrətli təşkilatdır. İSACA-nın bu nümayəndəliyi MDB-də ikinci, Zaqafqaziyada isə birinci olacaq.

Azərbaycanda ISACA nümayəndəliyinin açılması təşəbbüsü Bank Respublika mütəxəssisləri tərəfindən irəli sürülüb və ölkədə İnformasiya Texnologiyalarının inkişafı, İT proseslərinə nəzarətlə bağlı tələblərin artması ilə şərtlənib.

Bundan başqa Təşkilat Komitəsinin iclasında ISACA nümayəndəliyinin Baku Chapter adlandırılmasına dair qərar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti