...

1-ci yarım ildə Azərbaycanda 1,49 mln. ton dənli bitki yığılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2006 16:07 (UTC +04:00)

İyulun 10-na olan operativ məlumatlara əsasən, Azərbaycanda 1,49 mln. ton dənli bitki yığılıb. Bu barədə Trend ə Kənd Təsərrüfatı Nazirliyindən xəbər verilib. Yığım 578 min. hektar sahədə həyata keçirilib ki, bu da əkin sahəsinin 77%-ni təşkil edir.

2005-ci ilin analoji müddətilə müqayisədə dənli bitkilərin yığımı 3800 hektar sahədə həyata keçirilib və istehsalın həcmi 28 min ton artırılıb. Bir hektara düşən məhsul 25,8 sentnerə bərabərdir ki, bu da ötən ilin analoji müddətilə müqayisədə 0,3% çoxdur.

Aran rayonlarında yığım başa çatıb, dağ və dağ ətəyi rayonlarda isə yığım davam edir.

Azərbaycanda dənli bitkilərin istehsal həcmi 2006-cı il üçün 2,2 mln. ton səviyyəsində proqnazlaşdırılır. Bunun 1 mln. 600 min tonu ərzaq taxılının payına düşür.

Hazırda Azərbaycanda dənli bitkilərə olan tələbat 3400 min tondur.

Xəbər lenti

Xəbər lenti