...

Legcon Group xarici investisiyaların Azərbaycana yönəldilməsinə köməklik göstərir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2006 16:00 (UTC +04:00)

İki ay ərzində Azərbaycanda mehmanxana işi, əczaçılıq, mikrokreditləşdirmə, tikinti materiallarının istehsalı sahəsində yeni birgə müəssisələr fəaliyyətə başlayacaq. Bu barədə Trend ə Legcon Group-dan xəbər veriblər.

Şirkət xarici investorların bazara daxil olmasına, azərbaycanlı tərəfdaşların axtarılmasına, könsaltinq və hüquqi xidmətlərin göstərilməsinə qeydiyyat və mühasibat məsələlərində köməklik göstərir. Şirkət artıq Hindistan, Avstraliya, Böyük Britaniya, İtaliyadan olan investorlara tərəfdaş münasibətlərinin qurulmasında yardım edib.

Legcon Group-un xarici tərəfdaşları İtaliyanın Touche Creative Solutions, Paris& Partners, Hindistanın KK Interprices, beynəlxalq IBS Network və Böyük Britaniyanın Russell Bedford International şirkətləridir.

Xəbər lenti

Xəbər lenti