...

Masallının Çarıxlı kəndində su layihəsinin açılış mərasimi keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Avqust 2006 19:42 (UTC +04:00)

Avqustun 23-də Masallı rayonunun Çarıxlı kəndində su layihəsinin açılış mərasimi keçiriləcək. Bu barədə Trend ə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bu layihə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyələşdirdiyi və "CHF İnternational" təşkilatının yerinə yetirdiyi İcma İnkişafı Fəaliyyəti proqramı çərçivəsində həyata keçirilir.

Su layihəsi USAİD tərəfindən maliyyələşən beşillik icma proqramı olan İcma İnkişaf Proqramı çərçivəsində Çarıxlı İcma İnkişaf Şurasının iclasında müəyyənləşdirilib. Bu layihə Çarıxlı kəndinin içməli suya olan təlabatının ödənilməsinə, sanitariya vəziyyətini yaxşılaşdırılmasına yönəlib. Həmçinin bu layihə icmanı səfərbər edərək sakinlərə öz problemlərini müstəqil həll etməyə yardımçı olacaq.

Xəbər lenti

Xəbər lenti