...

Azərbaycanda ünvanlı dövlət sosial yardımının verilməsi üçün müvəkkil banklar seçilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Aprel 2007 19:54 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Azərbaycan Beynəlxalq Bankı və Kapital Bank ünvanlı dövlət sosial yardımının verilməsi üçün hökumətin müvəkkil bankları seçilib. Bazar ertəsi "Azərikard" prosessinq mərkəzindən verilən məlumata görə, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə texniki məsələlər həll olunur. Əhalinin aztəminatlı hissələrinin ünvanlı sosial yardım alacaqları kartların buraxılışı may ayında başlayacaq.

Hər bir rayon üçün orta hesabla 1,5-2 min kartın buraxılması planlaşdırılır. Ümumilikdə bu məqsədlə 80 min kart buraxılacaq və hər bir ailəyə bir kart veriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, birinci kvartalda 56 min ehtiyacı olan ailəyə ünvanlı sposial yardım verilib. 2006-cı ildə bu yardımı 50 min ailə (250 min nəfər) alıb.

2006-cı ilin 1 iyulundan verilən ünvanlı sosial yardım üçün "ehtiyac meyarı" Nazirlər Kabinetinin qərarı ilə 30 manat həcmində müəyyən olunub. Bu rəqəmin 67 manata qədər artırılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti