Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ "AzRosPromİnvest" RUS-Azərbaycan birgə müəssisəsinin investorları biznesdən illik 2 mln. dollar gəlir əldə etməyi nəzərdə tuturlar. Bu barədə çərşənbə günü "Azərbaycan və Rusiya arasında əməkdaşlıq perspektivləri: filis-mədən sənayesi" mövzusunda mətbuat konfransında Azərbaycan prezidenti yanında Sahibkarlar Şurasının üzvü, "AzRosPromİnvest" MMC direktorlar Şurasının sədri Natiq Şirinzadə və "Bentonit" QHT direktorlar şurasının sədri, "ReqionİnvestProm" prezidenti Aleksandr Vetyuqov bəyan ediblər.
Şirinzadə bildirb ki, tərəflər 2008-ci ilin may ayına qədər tikinti işlərini tam başa çatdırmaq niyyətindədirlər. İlkin mərhələdə zavodun ildə 250 min ton bentonit istehsal etməsi planlaşdırılır. Hazırda müəssisədə 133 nəfər çalışır. Növbət ilə isə bu rəqəmin 300 nəfərə çatdırılması planlaşdırılır.
Vetyuqov söyləyib ki, Rusiya tərəfi ona görə Azərbaycanla bentonit sahəsində əməkdaşlığı seçib ki, burda dünyanın ən keyfiyyətli yataqlarından biri yerləşir.
"AzPromİnvest" Rusiya-Azərbaycan BM 2006-cı il 12 sentyabrda yaradılıb. Müəssisənin yaradılmasında Azərbaycan tərəfdən "Daşsalahlı bentonit" SC, Rusiya tərəfindən "Bentonit" elmi-istehsal birliyi iştirak edib.