Azərbaycan, Bakı, 05 fevral / Trend / Fevralın 6 - da 110 kilovoltluq Xırdalan -3 elektrik ötürücüsünün yüksəkvoltlu hava xəttində aparılan təmir işləri ilə əlaqədar, Bakının bir neçə rayonunda elektrik enerjisinin verilməsində fasilələr müşahidə olunacaq, "Bakıelektrikşəbəkə" ASC-nin (Bakıda paylayıcı şəbəkələri idarə edir) məlumatında bildirilir.
Elektrik enerjisinin verilməsində fasilələr 08:00-dan 18:00-dək Bakının Nəsimi, Nərimanov, Xətai və Binəqədi rayonlarında olacaq.