...

Aİ büdcə vasitəsilə Azərbaycanda alternativ enerjinin inkişafını dəstəkləməyə hazırdır

Energetika Materials 7 Fevral 2008 14:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 fevral/ Trend , müxbir İ.Xəlilova/ Avropa Komissiyası energetika və dövlət vəsaitlərinin idarə edilməsi sahəsinə büdcə dəstəyinin göstərilməsi üçün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinə (İİN) maliyyə sazişi təqdim edib. Saziş13 mln. avro məbləğində nəzərdə tutulub. Bu barədə İİN-in İnvestisiya siyasəti üzrə şöbəsinin rəhbəri Əsgər Ələkbərov məlumat verib. Bundan əlavə, Aİ baxılmaq üçün fəaliyyət planı və şərtlər siyahısı təqdim edib.

"Əsas güc alternativ enerjinin, müvafiq texniki və institusional tədbirlərin inkişafına yönəlib. Bundan əlavə, qanunvericiliyin təkmilləşdirilməsi tələb olunur" - Ələkbərov qeyd edib.

Bu tədbirlərin həyata keçirilməsi üçün vəsaitlər ölkənin dövlət büdcəsinə üç il ərzində üç tranşla veriləcək. Ələkbərov birinci tranşın ölkəyə 2008-ci ildə, ikincinin isə 2009-cu ildə təqdim ediləcəyini bildirib. Lakin onun sözlərinə görə, hər tranşdan əvvəl hökumət qarşısında qoyulan şərtlərin yerinə yetirilməsi lazımdır. Bir tranş 3 mln. avro, digər ikisi isə 5 mln. avro məbləğində olacaq.

"Ümid edirəm ki, iki-üç ay ərzində biz razılaşdırmanı bitirəcək və saziş imzalayacağıq. Buna görə güman edirəm ki, ilin sonunadək birinci tranş dövlət büdcəsinə köçürülə biləcək" - İİN-nin şöbə müdiri bildirib.

Bu, Avropa Qonşuluq Siyasəti (ENP) çərçivəsində Azərbaycana təqdim edilən yeni alətdir və 2007-ci il üçün indikativ proqrama daxil edilib.

Xəbər lenti

Xəbər lenti