...

Cümə günü Bakının bir neçə rayonunda elektrik enerjisinin verilməsində fasilələr müşahidə olunacaq

Energetika Materials 7 Fevral 2008 19:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 fevral / Trend / Fevralın 8-də "VETK" 110/35/6 kilovoltluq yarımstansiyaların tikinti işləri ilə əlaqədar, Bakının bir neçə rayonunda elektrik enerjisinin verilməsində fasilələr müşahidə olunacaq, "Bakıelektrikşəbəkə" ASC-nin (Bakıda paylayıcı şəbəkələri idarə edir) məlumatında deyilir.

Elektrik enerjisinin verilməsində fasilələr 08:00-dan 18:00-dək Bakı şəhərinin Nəsimi, Nərimanov, Xətai və Binəqədi rayonlarında olacaq.

Əlavə məlumat üçün telefonla 440-39-93 və ya 199 -a müraciət edin.

Xəbər lenti

Xəbər lenti