...

Azərbaycanın üç rayonuna qaz verilməsi dayandırılıb

Energetika Materials 26 Fevral 2008 15:21 (UTC +04:00)

Azərbaycan, Şəki, 26 fevral / " , müxbir E.Quliyev/ Çərşənbə axşamı səhər saat 9-dan Azərbaycanın Qax, Zaqatala və Balakən rayonlarına təbii qazın verilməsi dayandırılıb.

Zaqatala rayon Qaz İstismar İdarəsindən verilən məlumata gorə, əraziyə gələn qaz magistralının Ağdaş rayonu ərazisindən keçən hissəsində qəza baş verib. Bu səbəbdən qaz verilməsi dayandırılıb.

"Hadisə yerində bərpa işləri aparılır. Qəza aradan qaldırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq" - deyə İdarədən bildiriblər.

Həmin rayonlara qazın verilməsinin bu gün axşam saatlarında bərpa ediləcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti