Azərbaycan, Bakı, 20 may / Trend / 2008-ci ilin yanvar-martında Azərbaycana 96,8 kV/s elektrik enerjisi idxal olunub ki, bu da 2007-ci ilin analoji dövr göstəricisilə müqayisədə 72,3 faiz azdır. İdxal olunan elektrik enerjisinin məbləği $3,4 mln. təşkil edib. Bu isə ötən ilin yanvar-martı ilə müqayisədə 61,4 faiz azdır.
2008-ci ildə idxal olunan məhsulun ümumi həcmindən $7,2 mln. məbləğində (2007-ci ilə nisbətdə 38,9 faiz az) 223,3 min ton (2007-ci illə müqayisədə 2,1 faiz çox) sement klinkerlərinin payına düşüb. Bundan əlavə $10mln. dəyərində (2007-ci ilə nisbətən 12,5 faiz az) 296,6 min ton həcmində (2007-ci illə müqayisədə 28,7 faiz çox) sement idxal olunub.
Yanvar-mart ayları ərzində ölkəyə 213,5 min qaz, su və elektrik sayğacı idxal olunub. Bu isə, ötən ilin analoji dövr göstəricisinə nisbətdə 33,5 faiz azdır. Ölkəyə $10,3 mln. məbləğində sayğac idxal olunub ki, bu da 2007-ci illə müqayisədə 15 faiz çoxdur.