...

Azərbaycan neftinin qiyməti: 9-13 iyun həftəsinin yekunları

Energetika Materials 17 İyun 2008 14:31 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti: 9-13 iyun həftəsinin yekunları

Azərbaycan, Bakı, 17 iyun / Trend , müxbir A.Bədəlova/ 9-13 iyun həftəsində Azərbaycanın Gürcüstanın Supsa və Batumi limanlarından satdığı AZERI LT (CIF) neftinin otra qiyməti $136,84/barr. təşkil edib, bu da ötən həftənin orta qiymətindən $7,55/barr çoxdur.

9-13 iyun həftəsində AZERI LT neftinin maksimal qiyməti $137,98/barr, minimal qiyməti isə $135,21/barr tiəşkil edib.

Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

9-13 iyun həftəsində Azərbaycanın Novorossiyk limanından satdığı URALS (EX-NOVO) neftinin orta qiyməti $126,78/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $7,73/barr çoxdur.

9-13 iyun həftəsində URALS neftinin maksimal qiyməti $128,18/barr, minimal qiymət isə $124,37/barr təşkil edib.

URALS neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.

9-13 iyun həftəsində Brent Dated neftinin orta qiyməti $134,08/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $7,65/barr çoxdur.

Brent neftinin maksimal qiyməti $135,38/barr, minimal qiymət isə $131,96/barr təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti