Özbəkistan, Daşkənd, 09 oktyabr/ Trend , müxbir T.Jukov/Çinin China Petroleum Technology & Development Corporation (CPTDC) Korporasiyasının mütəxəssisləri Özbəkistanda 12 ZJ 500B qazma dəzgahı quraşdıracaq, - Trend -ın Daşkənddəki xüsusi müxbiri xəbər verib.
"Uzgeoburneftqaz"şirkətindən Trend -a deyiblər ki, işlər Əndican, Kaşkadır və Surxandar vilayətlərinin karbodidrogen xammalı yataqlarında aparılır. Baş sifarişçi - "Uzgeoburneftqaz"Səhmdar Şirkətidir ("Özbəkneftqaz"Milli Holdinq Şirkətinin struktur bölməsi).
Çin Korporasiyasının kommersiya nümayəndəsi Tsu Çanın verdiyi məlumata görə, hazırda CPTDC-nin mütəxəssisləri Kaşkadır vilayətindəki"Şimali Şurtan"yatağında qazma dəzgahının quraşdırılmasını başa çatdırırlar. "Şurtan" qaz kondensatı yatağı Özbəkistanda ən iri yataqlardan biridir,1980-ci ildən istismar edilir və respublika üzrə hasil edilən qazın 36 faizi onun payına düşür. Burada hər il 15 milyard kubmetr təbii qaz hasil edilir.
Müqaviləyə əsasən, çinli mütəxəssislər 12 qazma dəzgahını quraşdırmalıdırlar. Bundan başqa, artıq sifarişçiyə verilmiş qazma dəzgahlara servis xidməti də göstərilir.
2007-ci ilin iyununda "Uzgeoburneftqaz"SŞ Çinin China Petroleum Technology & Development Corporation Korporasiyası ilə 2007- 2008 - ci illərdə 23 qazma qurğusu və xüsusi texnikanın təchiz edilməsi üzrə müqavilə imzalayıb. Trend - a özbək şirkətinin nümayəndəsinin bildirdiyinə görə, müqavilənin dəyəri $203 mln.təşkil edib. Geoloji kəşfiyytada yeni qazma qurğularının istifadəsi, özbək holdinqinə 2008 - ci ilin birinci rübündə plan üzrə 11 quyu əvəzinə, 13 kəşfiyyat quyusunun tikintisini başa vurmağa imkan verib. Bundan başqa, beş perpektivli meydançada işləmələrə başlamaq mümkün olub.
Hazırda "Uzgeoburneftqaz"Rusiya ("Uralmaş"zavodu) və Rumıniya istehsalı olan 96 qazma qurğusunu istismar edir. Qeyd etmək lazımdır ki, 1993-cü ildən bəri qazma texnikası parkı yeniləşməyib.
"Özbəkneftqaz"ın məlumatlarına görə, Özbəkistanın kəşf edilmiş yataqlarında karbohidrogen ehtiyatı 3,5 milyard ton şərti yanacaq təşkil edir. Respublikanın ərazisinin 60 faizi neft və qaz üçün perspektiv hesab edilir. Son iki ildə təbii qaz ehtiyatları 120 milyard kubmetr, maye karbohidrogen 10 mln.ton artıb.