...

OPEK Azərbaycan nefti tədarükünün artımını gözləyir

Energetika Materials 1 May 2009 18:33

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 01 may / Trend , müxbir А.Bədəlova /

OPEK 2009-cu ildə Azərbaycandan neft tədarükü həcminin sutkada 70 min barel azalaraq 980 min barelə düşəcəyini proqnozlaşdırır.

Proqnozlara əsasən, tədarüklərin ən böyük həcmi bu ilin dördüncü rübündə gözlənilir - sutkada 1,04 milyon barel. Birinci rübdə bu rəqəm sutkada 880 min barel, ikinci rübdə bir milyon barel, üçüncüdə 990 min barel olacaq.

OPEK-in rəsmi saytında yerləşdirilmiş məruzəsində deyilir ki, Xəzər regionunun digər ölkəsinin - Qazaxıstanın neft tədarükü 2009-cu ildə 80 min barel artaraq sutkada 1,49 milyon barel təşkil edəcək. Bu göstərici ötən ay OPEK tərəfindən proqnozlaşdırılan rəqəmdən 8 min barel azdır.

OPEK-in proqnozlarına görə, inkişaf etməkdə olan ölkələrin tədarükü bu il sutkada 360 min barel artaraq 12,6 milyon barelə çatacaq.

Keçmiş Sovet İttifaqı ölkələri bu il orta hesabla sutkada 12,6 mln. barel neft tədarük edəcək ki, bu da ötənilki göstəricidən 30 min barel çoxdur. Bu göstərici ötən ay OPEK tərəfindən proqnozlaşdırılan rəqəmdən 25 min barel azdır.

"Proqnoz özünün ən yüksək qeyri-müəyyənlik səviyyəsini əks etdirməkdə davam edir ki, bu da dünya iqtisadi böhranı nəticəsində şirkətlərin sərmayələrini azaltmasından irəli gəlir", -OPEK-in məruzəsində deyilir.

OPEK-in ilkin məlumatlarına görə, mart ayıbda dünya neft tədarüklərinin həcmi sutkada 190 min barel azalaraq 83,39 milyon barelə düşüb. OPEK-ə daxil olmayan ölkələrin neft tədarükü sutkada 40 min barel, OPEK ölkələrinin neft tədarükü isə sutkada 170 min barel azalıb. OPEK-in ümumdünya neft hasilatındakı payı çox az dəyişərək 33,4 faiz təşkil edib.

OPEK-in proqnozlarına əsasən, OPEK-ə daxil olmayan ölkələrin neft tədarükü sutkada 290 min barel artaraq 50,61 milyon barel olacaq.
 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti